Burundi prezidentinə məktub

burundi-prezidentine-mektub
Oxunma sayı: 696

Azərbaycan Prezidenti İlham Əliyev Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizaya məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram”.