Buş prezident olmaq istəmədi

bus-prezident-olmaq-istemedi
Oxunma sayı: 1887

Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib.

”Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.

Qeyd edək ki, C. Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.