Buş ilk çıxışlarının birində seçki kampaniyasını prezident seçiləcəyi təqdirdə olduğu kimi aparacağına söz verib: hər yerdə olmaq, hər kəslə görüşmək, öz sözünü tutmaq və problemlərin həllindən yayınmamaq.
Müşahidəçilərin fikrincə, o, olduqca yaxşı vəziyyətdədir, çünki başqa namizədlərlə müqayisədə seçki kampaniyası üçün daha çox vəsait toplayıb. İki dilli olduğu üçün Ceb Buş potensial seçicilərə ingilis və ispan dillərində müraciət edəcək.
Buş özünün tanınmış soyadı ilə spekulyasiya eləmək fikrində də deyil. Onun seçki plakatlarında yalnız adı hallanır: “Ceb!”
Son xəbərlər
Son Xəbərlər