Respublikaçılar partiyasından ABŞ prezidentliyinə eks-namizəd Ceb Buş ailəsi ilə prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inaqurasiya mərasiminə qatılmaqdan imtina edib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Florida ştatının keçmiş qubernatoru və eks-prezident kiçik Corc-Buşun qardaşı Ceb Buş sonuncu dəfə 1980-ci ildə Ronald Reyqanın inaqurasiya mərasimində iştirak edib.
Qeyd edək ki, D. Tramp prezident seçkilərində qalib gəldikdən sonra C. Buş onu təbrik edib.
Son xəbərlər
Son Xəbərlər