Usmanova Zamiqi məhkəməyə verir

usmanova-zamiqi-mehkemeye-verir
Oxunma sayı: 676

Bu barədə Yıldız Usmanovanın mətbuat əlaqələndiricisi ANS PRESS-ə açıqlamasında bildirib. Səbəb isə "Görməsəm olmaz" mahnısıdır. Yıldız Usmanova mahnısının oğurlandığını bildirir.

"Üzr istəməsə və mətbuat konfransı keçirib bu məsələyə aydınlıq gətirməzsə biz Zamiqi müəllif haqlarını pozduğuna görə məhkəməyə verəcəyik. Mahnının PR-na xərclənən məbləği təzminat olaraq ondan geri istəyəcəyik. Onu da bildirim ki, Türkiyədə PR üçün xərclənən məbləğ Azərbaycandakından qat-qat yüksəkdir”, - Yıldız Usmanovanın mətbuat əlaqələndiricisi belə deyir.

Bir yandan da Zamiq özünün bəstələdiyini iddia etdiyi “Nağıllar” mahnısına çəkdirdiyi klipi təqdim etməyə hazırlaşır. Deyəsən, məsələ qəlizləşir...

Xatırladaq ki, 31.08.2011 tarixində ANS PRESS-də gedən "Zamiq oğurluq edib?" başlıqlı xəbərimizin sorağı Türkiyəyə gedib çıxıb. Xəbərdən hali olan Yıldız Usmanovanın komandası Türkiyənin Show TV kanalında yayımlanan maqazin proqramlarının birində məsələyə münasibət bildirib. Maqazin proqramında müğənninin nümayəndəsi Zamiq Hüseynovu məhkəməyə verəcəklərini bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Yıldız Usmanovanın media əlaqələri ilə məşğul olan "Şafak Karaman production"la əlaqə saxladıq. Suallarımıza cavab verən şirkətin nümayəndəsi, həmyerlimiz Xaqan Musazadə xəbərdən məlumatlı olduqlarını və məsələyə laqeyd qalmayacaqlarını açıqladı.

Şirkətin media ilə münasibətlər şöbəsinin menecerlərindən olan X. Musazadə mövzu ilə bağlı bu yaxınlarda Bakıya gələcəyini bildirdi: "Siz bu məsələni araşdırarkən Zamiq tərəfindən verilən kobud cavab bizim heç xoşumuza gəlmədi. Bu həm Yıldız xanımın, həm də prodakşn heyətinin şiddətli qəzəbinə səbəb oldu. Lakin biz bir daha Zamiqin gəncliyini nəzərə alıb ona ikinci şans verəcəyik. Əgər tərəfimizdən ona verilən bu şansı düzgün dəyərləndirib üzr istəməsə və mətbuat konfransı keçirib bu məsələyə aydınlıq gətirməzsə biz Zamiqi müəllif haqlarını pozduğuna görə məhkəməyə verəcəyik. Mahnının PR-na xərclənən məbləği təzminat olaraq ondan geri istəyəcəyik. Onu da bildirim ki, Türkiyədə PR üçün xərclənən məbləğ Azərbaycandakından qat-qat yüksəkdir”.