“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. O qeyd edib ki, dünən ölkədə Respublika günü qeyd edildi: “Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Bu gün bizim Milli Məclisdə oturmağımızın baiskarı olan insan odur. Ona qarşı bu cür münasibət göstərmək olmaz”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər