“Buta Airways” aviaşirkəti Rusiyanın Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edir.
Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar 16 mart tarixindən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə 17 mart tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Son xəbərlər
Son Xəbərlər