“Buta Airways” may ayında Ukraynanın Xarkov şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq və Kiyev şəhərinə uçuşların sayını artıracaq.
“Qafqazinfo” xəbər verir ki, aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.
Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Həmçinin mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Son xəbərlər
Son Xəbərlər