“Buta” klinikası açıqlama yaydı

“Buta” klinikası açıqlama yaydı
Oxunma sayı: 2842

Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Buta” klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır.

“Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək. "Buta” klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək”, - deyə məlumatda qeyd edilir.