“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a bildirib ki, tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu prosesdən kənarda qalan təxminən 20 dayanacağa da ilin sonunadək optik kabellər çəkiləcək.
Marşrut avtobuslarında quraşdırılan bəzi bort avadanlıqlarının yararsız vəziyyətə düşməsi ilə bağlı sualı cavablandıran nazirliyin mətbuat katibi qeyd edib ki, bu, müxtəlif səbəblərdən baş verə bilər. Həmin qurğuların işləyib-işləmədiyi NİİM-dəki sistemlə müəyyən olunur. Belə hallar bəzən sürücünün və ya sahibkarın məsuliyyətsizliyindən qaynaqlanır. Nəqliyyat Nazirliyi tərəfindən aparılan reydlər zamanı bu cür faktlara rast gəlinir. Əgər problem subyektivdirsə, onlar araşdırılır və sahibkara müvafiq xəbərdarlıq edilir.
Son xəbərlər
Son Xəbərlər