“Bütün dəyərli müəllimlərin qarşısında baş əyirəm”

butun-deyerli-muellimlerin-qarsisinda-bas-eyirem
Oxunma sayı: 4182


“Qafqazinfo” xəbər verir ki, şəxsi facebook sosial şəbəkəsindəki səhifəsində paylaşılan yazıda Qənirə Paşayeva müəllimlik sənətinə hörmətini ifadə edib:

“Müəllim sözü dünyada ən müqəddəs sözlərdən biridir. Hamımızın həyatında müəllimlərimizin misilsiz rolu var. İki müəllimin övladı olaraq bu peşənin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirəm”.

Millət vəkili müəllimlərin əldə etdiyi uğurlarda böyük əməyi olduğunu bildirib:

“Müəllimlərə və bu sözə cəmiyyətimizdə sevgi, sayğı daha da artmalıdır və müəllimlərimizin qayğı və problemləri, onların həlli bizim üçün ən önəmli məsələlərdən biri olmalıdır. Cəmiyyət müəlliminə verdiyi dəyərlə daha da inkişaf edə bilər. Öz müəllimlərim də daxil olmaqla, bütün dəyərli müəllimlərin qarşısında baş əyirəm və hər zaman sizin yanınızda olmaq bizim borcumuzdur deyirəm. Allah bütün dəyərli müəllimlərimizə yardımçı olsun!”