“Bütün dünya bilməlidir ki, müharibə qaçılmaz olacaq”

butun-dunya-bilmelidir-ki-muharibe-qacilmaz-olacaq
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Müraciəti Azərbaycanın tanınmış qadın ictimai və siyasi xadimləri, müxtəlif sosial təbəqələrin nümayəndələri, o cümlədən Fəridə Əsgərova, Gültəkin Quliyeva, Arzu Qasımova, Mehriban Abdullayeva, Mahirə Muradova, Almaz Əliqızı, Jalə Cəfərova, Şərqiyyə Dadaşova, Zəminə Dünyamalıyeva, Tənzilə Rüstəmxanlı, Roza Əliqızı, Sevil Həmidova, Flora Kərimova, Tahirə Kərimova, Nüşabə Məmmədli, Mehriban Zeynalova, Solmaz Ələsgərova, Esmira Orucova Aytən Məmmədova və 1089 qadının imzalayıb. Müraciətdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün BMT Baş katibi və həmsədr ölkələrin prezidentlərinin təşəbbüsü ilə işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq olunması tələb olunur.

Müraciət ünvanlayan qadınlar baş katibi ədalətli və prinsipial mövqe tutaraq Qarabağ münaqişəsinin obyektiv həlinə nail olmağa çağırılıb: “Əks halda, bütün dünya bilməlidir ki, müharibə qaçılmaz olacaq və biz hər birimiz qadın olaraq müharibənin önündə duracaq və övladlarımızı da döyüşə səsləyəcəyik”.

Fatimə Kərimli