“Bütün məhkumların səsvermə hüquqi tanınır”

butun-mehkumlarin-sesverme-huquqi-taninir
Oxunma sayı: 2527

“Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov MSK-da keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb:

“Artıq seçkilərə 2 aydan az vaxt qalıb. Qarşımızda mühüm vəzifələr durur. Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir. Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Əvvəllər bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.

Fidan Etibar