Bütün növ xərçənglərin ümumi simptomları məlum oldu

butun-nov-xercenglerin-umumi-simptomlari-melum-oldu
Oxunma sayı: 3587

Tibb işçiləri mövcud olan bütün onkoloji xəstəlikləri birləşdirən ümumi simptomları açıqlayıb.

“Qafqazinfo” “Aktualnıye novosti”yə istinadən bildirir ki, həkimlərin sözlərinə görə, xərçəng xəstəliyi insanın ümumi vəziyyətinə təsir edir və immun sistemini zəiflədir. Şişlərin inkişafı isə daha çox yorqunluqla bağlıdır.

Həkimlər qeyd edir ki, çox yorulan və səbəbsiz yerə yorğunluq hiss edən insanlar narahat olmalıdır. Eləcə də kəskin arıqlama narahatlıq yaratmalıdır. Əgər insanın qida rasionu dəyişməyibsə, lakin çəki durmadan itirilirsə, həkimə müraciət etmək lazımdır.