Bütün oyunçular komandandan getdilər

butun-oyuncular-komandandan-getdiler
Oxunma sayı: 636

Siasport.az saytı xəbər verir ki, maliyyə problemi yaşayan əyalət təmsilçisinin üzvləri də baş məşqçi Əsgər Abdullayevin istefasından sonra komandanı tərk ediblər. Artıq bütün oyunçular yerli azarkeşlərlə vidalaşaraq, Tovuzdan ayrılıblar.

Məlumatı qol.az-ın müxbiri ilə söhbətində “Turan”ın kapitanı Ramal Hüseynov da təsdiqləyib. Hüseynov artıq Tovuzdan ayrıldıqlarını bildirib: “Bugünkü oyuna azarkeşlərimizin istəyilə çıxmışdıq. Artıq hamı ilə vidalaşıb, yola çıxmışıq. Tək mən yox, bütün futbolçular komandadan ayrılıblar”.

Hüseynov maliyyə vəziyyəti düzəlməyənə və maaşlarını almayana qədər “Turan” klubuna geri dönməyəcəklərini söyləyib: “Biz qərarımızı vermişdik. Komandadan ayrıldıq. Maliyyə problemi həll olunana və bizə zəng vurub çağırana qədər Tovuza qayıtmayacağıq. “Turan”dan ayrılarkən, bəzi klub rəsmiləri bizə dedilər ki, getməyin hər şey yaxşı olacaq. Biz də bildirdik ki, hər şey yaxşı olsun, biz qayıdacağıq”.