Bütün oyunlar eyni saatda

butun-oyunlar-eyni-saatda
Oxunma sayı: 862

Topaz Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, turun görüşləri eyni gündə baş tutacaq.

Bu dəfə qarşılaşmaların hamısı eyni saatda başlayacaq. Bu, mükafatlar, avrokuboklara vəsiqə və Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların eyni vaxtda meydana çıxması ilə bağlıdır.

Topaz Premyer Liqası
XXXV tur

15 may (bazar)

18:00. “Rəvan” – “Qarabağ”
“Bayıl Arena”

18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00. “Neftçi”“İnter”
“Əlincə Arena”

18:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu

18:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu