“Bütün qaldırılan məsələlər dərhal deyil, mərhələlərlə həll olunur və olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
“Bu kateqoriyadan olan görülmüş işləri də vurğuladıqlarına görə deputatlara təşəkkür edirəm. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı 1 ildə həll olunacaq. Ancaq, bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə, ən zəruri işlər önə çəkilməklə görülür”, - Əli Əsədov qeyd edib.
O bildirib ki, bəşəriyyət inkişaf etdikcə, insanların tələbatı artır və bunları qarşılamaq hökumətlərin əsas vəzifəsidir.
Son xəbərlər
Son Xəbərlər