Bu sözləri, “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ı 21 ildən sonra çempion edən gənc mütəxəssis Qurban Qurbanov deyib. Baş məşqçi bu çempionluğu bütün “Qarabağ” sevənlərə həsr edib: “Uzun bir mövsüm oldu. Çox yaxşı oyunlar, qələbələr əldə etdik. Bu anı biz çoxdan gözləyirdik, bunun üçün çalışırdıq. Allaha şükürlər olsun ki, çempion olduq. Çempion olmağımızı hamı gözləyirdi, bütün qarabağlılar gözləyirdi. Bu zəfəri bütün xalqımıza, bütün qarabağlılara həsr edirəm. Onlar buna layiqdirlər . Dünən stadiondakı atmosfer sözlə ifadə edilməyəcək qədər möhtəşəm idi. Təbii ki, bu azarkeşlərin sayəsində belə oldu. Lakin hələ çempionat tam bitməyib biz çempion olduq, lakin digər yerlər uğrunda mübarizə davam edir”
İqbal
Son xəbərlər
Son Xəbərlər