Bütün sosial ödənişlər bayramadək tam ödəniləcək

butun-sosial-odenisler-bayramadek-tam-odenilecek
Oxunma sayı: 3977

Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.