“Bütün türk dünyası qış yuxusundadır” – - Müraciət

butun-turk-dunyasi-qis-yuxusundadir-
Oxunma sayı: 1242


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, 5 min ildir İraq ərazisində məskunlaşan İraq Türkmənləri zaman-zaman qətliamlara məruz qalıblar.  Bütün bunlar azmış kimi indi də “İŞİD” (“İraq-Şam İslam Dövləti”) deyilən terrorçu təşkilat Səddam Hüseynin BƏƏS partiyasından ayrılanlarla birləşərək İraq Türkmənlərinə qarşı soyqırımı törətməkdədirlə: “Bütün bunlara demokratiya və insan haqlarının müdafiəçisi Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Birliyi və s. kimi mötəbər təşkilatlar səslərini çıxarmır, başda Türkiyə iqtidarı olmaqla bütün bütün türk dünyası isə sanki qış yuxusundadır. Beynəlxalq təşkilatların, böyük dövlətlərin, xüsusiylə region dövlətlərinin İraq və Suriyada baş verən olaylara adekvat mövqe sərgiləməmələri, terroristlərin insanlığa qarşı törətdiyi qanlı cinayətlərə seyrçi mövqe tutmaları, terrorizmin məzhəb və etnik qarşıdurmaya çevrilməsinə biganəlik göstərmələri regionda çox ciddi narahatlıqlar doğurur.

 Klassik Xalq Cəbhəsi Partiyası dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, böyük dövlətləri, region dövlətlərini, xüsusiylə Azərbaycan və Türkiyə hökümətlərini baş verən faciənin genişlənməsinin, terrorun, məzhəb qarşıdurmalarının və regionun əsas etnoslarından Türkmənlərin məhv edilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə, İraqı və Suruyanın parçalanmasının qarşısını almağa çağırır. Əks təqdirdə bu olaylar bütün dünyanı xaosa çevrər və təkcə İraq və Suriyanın deyil, dünyadakı bütün çox etnoslu dövlətlərin parçalanmasına gətirib çıxara bilər”.