“Bütün uğurlara sizinlə birgə imza atacağam” - Eldəniz Səttarov

butun-ugurlara-sizinle-birge-imza-atacagam
Oxunma sayı: 1904

48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarov seçkiqabağı təbliğatını qanun çərçivəsində uğurla davam etdirir. “Qafqazinfo” xəbər verir ki,  E. Səttarov Yevlax şəhərində seçicilərlə müntəzəm görüşlər keçirir.

Yevlaxlılar tərəfindən böyük rəğbətlə qarşılanan gənc demək olar ki, seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilib. Deputatlığa namizəd görüşlərdə sakinlərin şəraitləri ilə tanış olur, onların problemlərini qeydiyyata götürür və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində gələcək planları barədə öz fikirlərini bölüşür. Eyni zamanda, gələcək perspektiv iş planında qanunvericilik orqanında fəaliyyət göstərəcəyi təqdirdə həyata keçirəcəyi işlərdən danışıb.

Namizəd bu cür səmimi münasibətə görə seçicilərə minnətdarlığını ifadə edərək bildirib ki, onun bir məqsədi, bir amalı var: “Məqsədim dövlətimizə, dövlət rəhbərimizə və seçicilərimizə xidmət etməkdir. Mən söz verirəm ki, sizin yanınızda olub bütün uğurlara sizinlə birgə imza atacağam”.