“Bütün ukraynalı sənətçilərə eyni şeyi etməyi təklif edirəm” - Video

butun-ukraynali-senetcilere-eyni-seyi-etmeyi-teklif-edirem
Oxunma sayı: 2507

Tanınmış ukraynalı müğənnilərdən biri Maks Barskix videomüraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, o, mahnılarından Rusiya ərazisində istifadə edilməsini qadağan etdiyini açıqlayıb:

“Rusiya Federasiyasının ərazisində musiqimdən hər hansı bir şəkildə, bütün radiostansiyalarda, televiziya kanallarında, filmlərdə və televiziya şoularında istifadə etməyi rəsmən qadağan edirəm”, - deyə müğənni qeyd edib.

Barskix RF-nin rəqəmsal məkanından mahnılarının bütün kataloqunu sildiyini açıqlayıb və digər ukraynalı artistləri eyni addımı atmağı təklif edib.

O, həmçinin Rusiya şirkətləri ilə bütün müqaviələrini ləğv etdiyini bildirib.