Nigeriyada bazar günü keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırkı prezident Məhəmməd Buxari yenidən prezident seçilib.
O, 15 milyon səs alaraq postunu qoruyub. Buxarinin ən güclü rəqibi Atiku Abubakar isə 11 milyon səs toplayıb.
Məlumata görə, seçkilərdə 73 namizəd mübarizə aparıb. Buxari 19 ştatda, Abubakar isə 17 ştatda birinci olub.
Qeyd edək ki, federal sistemlə idarə edilən 300 milyon əhalisi olan Nigeriya 1 paytaxt və 36 ştatdan ibarətdir.
Son xəbərlər
Son Xəbərlər