Buz bağlamış evdəki yanğın belə söndürüldü - Fotolar

buz-baglamis-evdeki-yangin-bele-sonduruldu
Oxunma sayı: 3420

Rusiyanın Ufa şəhərində ikimərtəbəli taxta evdə yanğın baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hazırda şəhərdə - 37 dərəcə şaxta müşahidə edildiyindən evin üzərini hər tərəfdən buz bağlayıb. 

Şaxta səbəbindən yanğınsöndürənlərin texnikaları da donub və sıradan çıxıb. Yanğınsöndürənlər isə öz növbəsində bir-birilərini əvəzləyərək işi davam etdirib.

Hadisənin görüntüləri isə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında paylaşılıb.