Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 06-07 fevral tarixlərində keçirdiyi IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, yüksək səviyyədə təşkil olunan Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra Çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın nəticələrini təqdim edirik:
Oğlanlar:
1.Rinat Rəhimxanov (Qafqaz İdman Klubu) - I yer
2.Ramay Rəhimxanov (Qafqaz İdman Klubu) - II yer
3.Rauf Zeynalov (Delfin İdman Klubu) – III yer
Qızlar:
1.Leyla Əhmədova (Qafqaz İdman Klubu) - I yer
2.Fidan Novruzova (Qərb Universteti İdman Klubu) - II yer
3.Süsən Əliyeva (Rock Stoun İdman Klubu) - III yer


Son xəbərlər
Son Xəbərlər