Bakıda qarlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb.
“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, həmin vaxt çəkilən videolar sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, sərnişin avtobuslarından biri buzlu yolda sürüşərək qəza şəraiti yaradıb. Hadisə paytaxtın Nizami rayonu Naxçivanski küçəsində baş verib. Ancaq avtobus sürücüsünün peşəkarlığı sərnişinlərin qəzaya düşməsinin qarşısını alıb.
Qeyd edək ki, 8-ci kilometr bazarının yaxınlığındakı həmin enişli yolda bir neçə avtomobil qəzadan yayına bilib.
Son xəbərlər
Son Xəbərlər