Buzlu yolda yıxılan iki nəfər xəstəxanalıq oldu

buzlu-yolda-yixilan-iki-nefer-xestexanaliq-oldu
Oxunma sayı: 1774

Buzlu yolda iki nəfər yıxılaraq ağır xəsarət alıb.

"Qafqazinfo" nun məlumatına görə, bu gün axşam saatlarında Qax  rayon mərkəzi xəstəxanasına iki nəfər 1965 -cü il təvəllüdlü Qax sakini Əliyeva Rəna Eyvaz  qızı qolunun sınığı və 1983 cü il təvəllüdlü Eldarov Elməddin Bahəddin oğlu ayağının sınığı diaqnozu ilə qəbul olunub.

Müayinə zamanı onların küçədə gedərkən yol buzlu olduğuna görə yıxılaraq ciddi xəsarət aldıqları məlum olub.