Vaqif Sadıqov cəzalandırıldı

vaqif-sadiqov-cezalandirildi
Oxunma sayı: 665

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Unibank Premyer Liqasının XXXII turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 nömrəli futbolçusu Elvin Beqiri kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qəbələ” matçının 18-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Unibank Premyer Liqasının XXXII turunun AZAL – “Turan” matçının 18-ci dəqiqəsində “Turan” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, matçın 75-ci dəqiqəsində isə AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyunluq cəzalanır, hər iki klub 1000 manat cərimə olunur.

Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 23 nömrəli futbolçusu Tales Şutz idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.