Varlılar daha çox yalan danışırlar

varlilar-daha-cox-yalan-danisirlar
Oxunma sayı: 631

“Azerimuslims.com”un xarici KİV-ə istinadən bildirdiyinə görə, ABŞ və Kanadada aparılan araşdırmalar nəticəsində maddi vəziyyətləri yaxşı olan insanların digərləri ilə müqayisədə daha çox yalan danışmağa meylli olduqları müəyyən edilib.

ABŞ-ın Kaliforniya və Kanadanın Toronto universitetlərində aparılan araşdırmalar nəticəsində lüks və bahalı avtomobil sahiblərinin yol hərəkəti qaydalarını daha çox pozduqları və müvafiq yerlərdə piyadaların keçidinə daha az yol verdikləri məlum olub.

Araşdırma nəticəsində varlı insanların daha çox pul qazanmaq üçün başqa insanlarla müqayisədə yalan danışmağa daha çox meylli olduqları müəyyən edilib. Habelə maddi vəziyyəti yerində olan insanlar üzərində keçirilən sınaqda onlara uşaqlara vermələri üçün təqdim edilən şokoladları maddi vəziyyəti aşağı olanlarla müqayisədə daha çox yedikləri müşahidə edilib.

Tədqiqatçılar şəxsi mənfəət təmin etmə səylərinin “elit” təbəqələr üçün daha əhəmiyyətli motivasiya olduğunu və onların sərvətləri ilə birlikdə acgözlülüklərinin də artdığını qeyd ediblər. Araşdırmaların nəticələrinə dair qələmə alınan məqalədə varlıların nəticə mədəniyyətinə daha çox əhəmiyyət verdikləri və davranışlarının başqaları ilə münasibətlərində nəticəyə daha az diqqət yetirmələrinə səbəb olan bir acgözlülük prizması formalaşdırdığı ifadə edilib.