Vəhhabilər bayram gecəsi “İmam Əli” məscidini atəşə tutub - Fotolar

vehhabiler-bayram-gecesi-imam-eli-mescidini-atese-tutub-fotolar
Oxunma sayı: 678

Dünən- bayram axşamı Dağıstanın Xasavyurd şəhərində bir neçə naməlum şəxs “İmam Əli” məscidinə hücum edərək, atəş açmağa başlayıb.

“Qafqazinfo”ya hadisə şahidləri tərəfindən zərərçəkənlərin fotoları göndərilib. Məlumatda bildirilir ki, hücum edənlərin vəhhabilər olduğu ehtimal olunur.

Qeyd edək ki, atışma nəticəsində yaralıların sayı çox olsa da, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər Xasavyurt Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.