BVF-nin neftin qiyməti ilə bağlı proqnozu

bvf-nin-neftin-qiymeti-ile-bagli-proqnozu
Oxunma sayı: 1856

Beynəlxalq Valyuta Fondu (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barrel, 2017-ci ildə isə 41 dollar/barrel olacağı bildirilir.

Fond bundan əvvəlki hesabatında 2017-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barrel olacağını nəzərdə tutmuşdu.