WikiLeaks: “Türkiyə seriallarına embarqonun qaynağı İlham Əliyevdir”

wikileaks-turkiye-seriallarina-embarqonun-qaynagi-ilham-eliyevdir
Oxunma sayı: 639

Milli Televiziya və Radio Şuraı 2009-cu ildən Anadolu türkcəsində filmlərin yayımını qadağan edib. Bunun səbəbləri ilə bağlı WikiLeaks yeni məlumatlar yayıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, WikiLeaks Türkiyə seriallarına embarqonun qaynağının birbaşa Prezident İlham Əliyev olduğunu yazır. Buna səbəb kimi isə hicab problemi olduğunu qeyd edir. ABŞ-ın Bakı səfirliyində hazırlanan 23 yanvar 2009-ci il tarixli kriptoqramda ABŞ yetkilisi ilə İ. Əliyev arasında keçirilən görüşün xülasəsi yer alıb. Bu görüşdə İ. Əliyev Türkiyə serialları ilə bağlı embarqonun İslamçılıq təhlükəsindən qaynaqlandığını söyləyərək, seriallarda qadınların hicabla göstərilməsindən narahat olduğunu deyib. Sənəddə İ. Əliyevin bu sözlərinə birbaşa istinad edilir: “İranlılar qadınlarını bağlayarkən gülürük, amma insanlar türklərin də qadınlarını bağladıqlarını görsə, bu ciddiyə alına bilər”.

Həmin sənədə görə İ. Əliyev hətta televiziya rəhbərlərindən qeyri-rəsmi bir istək də irəli sürüb ki, bu da hicablı qadınların televiziyalara dəvət edilməməsidir.