Xaçmazda “transformator” üsyanı - Fotolar

xacmazda-transformator-usyani-fotolar
Oxunma sayı: 659

Bütövlükdə Xudat şəhər bazarının daxilindəki və ətrafındakı biznes obyektlərini elektrik enerjisi ilə təmin edən bu transformator həm də yaxınlıqdakı onlarla evin də işıq problemini həll edir.

Mustafayev Əmirxan açıqlama verərək bildirib ki, o hələ 1991-ci illərin əvvəllərində bazar ərazisində öz mağazasını işıqla təmin etmək üçün öz şəxsi hesabına transformator alaraq özünün işıq problemini həll edib: “İndi isə bir neçə vaxtdır ki, mən bu transformatoru başqa yerə aparmalıyam. Dəfələrlə Xaçmaz Elektrik Şəbəkənin rəhbərliyinə müraciət etmişəm ki, bu transformator mənə başqa bir yerdə yerləşən obyektimə lazım olduğu üçün onu aparacağam. Mənə idarənin rəhbərliyindən Şaiq müəllim dedi ki, bir ay bizə möhlət ver, əhali işıqsız qalmasın. Mən də razılaşdım, ancaq aylar keçsə də bir tədbir görən yoxdur. Hətta bir dəfə Xudat Elektrik Şəbəkəsində keçirilən iclasda da bu məsələ müzakirə olundu. Mən də qalmışam çarəsiz, odur ki, dünən qısa bir müddət işığı ayırdım”.

Onu da qeyd edək ki, bu gün şikayətçilərin Xaçmaz Elektrik Şəbəkəyə müraciət etmələri nəticəsində Elektrik Şəbəkənin rəhbəri Rasim Mürsəlov (O həm də Azərenerji Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyevin bacanağıdır) onlardan iki nəfər sakini qəbul edərək bildirib ki, “ gedin başınıza çarə qılın, siz heç ancaq yaxınlıqdakı evlərin işığını heç kəs kəsə bilməz”.

Xudat Elektrik Şəbəkənin baş mühəndisi Bəhram Qədirovun sözlərinə görə, adıçəkilən transformator heç vaxt idarənin balansında olmayıb. Onun sözlərinə görə, ərazidə 400-ə yaxın transformator olduğu halda bunlardan yalnız 150-si balansdadır. Qalanları isə ayrı-ayrı şəxslər tərəfindən alınaraq istifadəyə verilən transformatorlardır.