“Xalastoy” söhbətlər

xalastoy-sohbetler
Oxunma sayı: 854

Əslində bu yozumların kökündə söhbətin nədən getdiyi dayanır. Amma mənim üçün maraqlı “xalastoy” (boş-boş) söhbətin müəllifləridir. Siz onları yaxşı tanıyırsız. Unutmusuzsa yadadşınızı təzələyin. Və nəzərə alın ki, bu hələ hamısı deyil.

***
Daxili Qoşunların komandanı Zakir Həsənov: “Azərbaycan əsgəri torpaqları işğaldan azad etməyə qadirdir”

İTV 09.03.2010

***
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov: “Azərbaycan əsgəri Azərbaycan bayrağını Xankəndidə, Şuşada, digər işğal altında olan torpaqlarımızda dalğalandırmağa, bu yerlərdə ən uca zirvələrə taxmağa, hərbi qələbə paradını keçirməyə bu gün tam hazırdır”.

“Azərbaycan” qəzeti 01.07.2011

***

Müdafiə sənayesi naziri Yavər Camalov: "Azərbaycanın hərbi qüdrətinin artması Ermənistanı təşvişə salıb. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qadirdir. Rəsmi İrəvanın hərbi ritorikası da bundan irəli gəlir".

Mia.az 16.12.2009

***

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov: “Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları nəticə verməsə, ordumuzun işğalçı Ermənistanın qoşunlarını qısa müddət ərzində ölkəmizin ərazisindən təmizləyəcəyi şübhəsizdir”.

Milli.az 25.06.2011

***
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə: "Azərbaycan hərb yolu ilə torpaqlarını azad etməyə qadirdir"

Milli.az 18.01.2012

***

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov: “Gənclərimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır”.

“İki sahil” qəzeti 13.03.2011

***

Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının “Mühəndis istehkam” kafedrasının rəisi, polkovnik Anar Kərimov: “Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir”.

www.yap.org.az 28.06.2011

***

Sabiq müdafiə nazirigeneral-mayor Dadaş Rzayev: “Bu saat Ali Baş Komandan torpaqlarımızı azad etməyə əmr versə, Ordumuz buna qadirdir”

Milaz.info 26.06.2010

***

Birinci Qarabağ savaşının iştirakçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidov: Hesab edirəm ki, cəmi 2-3 ay ərzində erməniləri bütün işğal etdikləri ərazilərdən qovub çıxara bilərik. Sadəcə bunun üçün Ali Baş Komandanımızın əmri kifayət edər”.

Yeni Müsavat 24.07.2011

***
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısında Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciətdən: "Yeni Azərbaycan Partiyasının hər bir gənc üzvü torpaqlarımızı azad etməyə hazırdır".

APA 25.06.2010

***
Milli Məclisin deputatı, “Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü Həvva Məmmədova: “Ermənistan bilir ki, torpaqlarımızı azad etməyə qadir orduya malikik”

Modern.az 26.04.2010

***

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli: “Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu düşmən də yaxşı bilir”.

Lent.az 19.01.2012

***

Daxili Qoşunların zabiti Azərin: “Ali baş komandan əmr versə Qarabağı bir gündə alarıq”.

İTV 05.03.2012

***
Hələlik bu qədər deyib Sizdən ayrılmaq istəyirdim ki, Kefli İsgəndərin Şeyx Nəsrullaha “Lotusan vallah” deməsi yadıma düşdü.