Xarici işlər naziri Klintonla görüşdü

xarici-isler-naziri-klintonla-gorusdu
Oxunma sayı: 637

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, G20 dövlətlərinin zirvə toplantısında iştirak etmək üçün Meksikada səfərdə olan Davudoğlu ilə Klintonun görüşü bir saatdan çox çəkib.

Xarici İşlər Nazirliyindki mənbələrdən alınan məlumata görə, Davudoğlu və Klinton Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutacaq görüşün gündəliyi barədə müzakirələr aparıblar.

Görüşdə Suriya, Cənubi Qafqaz, terrorla mübarizə mövzuları da müzakirə mövzusu olub.

Hər iki dövlət rəsmisi bu ilin iyunun 7-də “Terrorizmlə mübarizə” beynəlxalq forumunda İstanbulda bir araya gəlmişdi.