Xətai rayonunda sular kəsildi

xetai-rayonunda-sular-kesildi
Oxunma sayı: 726

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır kı, Bakı şəhərinin Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb. Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şossesi, “Qara şəhər”, Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.