“Xəzər Lənkəran” azarkeşləri stadiona buraxılmayacaq

xezer-lenkeran-azarkesleri-stadiona-buraxilmayacaq
Oxunma sayı: 678

Buna səbəb "İnter"lə oyunda rəqib çalışdırıcı Kaxaber Tsxadadzenin başının yarılması olub. Belə ki, matçın 90+3-cü dəqiqəsində azarkeşlər tərəfindən atılmış daş parçası "İnter"in baş məşqçisinin başına zədə yetirib və nəticədə ona təcili tibbi yardım göstərilib. "Xəzər Lənkəran" azarkeşləri tərəfindən analoji hadisənin dəfələrlə təkrarlandığı nəzərə alınaraq, kluba qarşı aşağıdakı cərimə və cəzalar tətbiq olunub. Qərara əsasən "Xəzər Lənkəran" klubu növbəti iki ev oyununu azarkeşsiz keçirəcək və klubu 8000 manat cərimə ödəyəcək.

Bundan başqa oyunun 60-cı və 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib. "İnter" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə olunacaq.

Mundial.az