“Xəzər Lənkəran” cəzalandırıldı

<b>“Xəzər Lənkəran” cəzalandırıldı</b>
Oxunma sayı: 368

Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran”– “Neftçi” matçının 72-ci və 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

“İnter” – “Simurq” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Bakı” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 48-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olnub.

“Qəbələ” – “Turan” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi