“Xəzər Lənkəran”ın çempionluq iddiasına ağır zərbə

xezer-lenkeranin-cempionluq-iddiasina-agir-zerbe
Oxunma sayı: 661

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun son matçında “Xəzər Lənkəran” “Bakı” ilə qarşılaşıb. Yunis Hüseynovun rəhbərliyi altında ilk oyununa çıxan cənublular rəqibinə doğma meydanda “boyun əyib”. “Zolaqlılar”ın litvalı legioneri Çesnauskis oyunda yeganə qola imza ataraq komandasına qələbə qazandırıb. Beləlikə, “Xəzər Lənkəran” 44 xalla 4-cü pillədə qalıb. “Bakı” isə xalını 38-ə yüksəldərək 5-ci pillədəki “Qəbələ”yə bir qədər yaxınlaşıb. “Qəbələ”nin hesabında 39 xal var.

“Xəzər Lənkəran” – “Bakı” - 0:1
Qol: Deividas Çesnauskis, 39
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Zeynal Zeynalov, Fuad Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 3:0
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Roberto Alviz, 18. Alim Qurbanov, 22. Antonio Semedo, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes
Baş məşqçi: Yunis Hüseynov

“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Sergio Kontreras Pardo
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 30. Maris Verpakovskis, 99. Rəhman Hacıyev
Məşqçi: Novruz Əzimov
Ceyhun Əhmədov