“Xəzər Lənkəran”ın sabiq futbolçusu ölümdən döndü

xezer-lenkeranin-sabiq-futbolcusu-olumden-dondu
Oxunma sayı: 693

Qol.Az-ın məlumatına görə, həmin vaxt sierra-leoneli yarımmüdafiəçi həmkarları ilə birgə oyuna baxırmış.

Vobay yanvarın 31-də “Əl-Məsri” klubu ilə müqavilə bağlayıb. Rumıniya mətbuatı yayadək nəzərdə tutulan anlaşmanın 100 min dollar dəyərində olduğunu yazıb. Onun adı komandasının “Əl-Əhli” ilə oyun üçün start heyətinə daxil edilməyib. “Əl-Məsri”nin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra iki komanda oyunçuları arasında toqquşma baş verib. Nəticədə 74 nəfər ölüb. 28 yaşlı oyunçu isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, Culius Vobayla “Neftçi” və “Bakı” klublarının da maraqlandığı, lakin onun 500 min dollar istəməsi üzündən klublarımızdan heç birinə transferinin baş tutmadığı bildirilir.