Xırdalandakı kazino bağlandı - Video

xirdalandaki-kazino-baglandi-video
Oxunma sayı: 669

Həmin materialı redaksiyamıza təqdim edən sakinlər bildirirdilər ki, qumarxananın qarşısında hər gün dava olur və nalayiq söyüşlər işlədilir. Həmin davaların birindən çəkilmiş videomaterialı da oxuculara təqdim etmişdik.

Dünən isə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi Sumqayıt və Xırdalan şəhərlərində bir neçə qumarxananın qanunsuz fəaliyyət göstərdiyini açıqlayıb. Açıqlamada bildirilir ki, həmin obyektlərdən qumar aparatları nazirliyinin əməkdaşları tərəfindən müsadirə edilib və müvafiq tədbirlər görülüb. Adları açıqlanan qumarxanaların içərisində məhz Xırdalan sakinlərinin narazılığına səbəb olan “Şəms” də var.

Xatırladaq ki, sakinlər “Qafqazinfo”ya müraciətində bunları qeyd etmişdilər: “Sizdən artıq dərəcədə xahiş edirəm, Xırdalan şəhəri 28 saylı ünvanda “Şəms” adlı yerdə fəaliyyət göstərən “Şirvan” restoranında hər gecə baş verən biabırçılığın qarşısını alasınız. Burada hər gecə loto qumarxanası işləyir. Və səs-küydən, dava-dalaşdan yatmaq olmur. Hər gün neçə insanın qanı tökülür burada. Əraziyə PPX-da gəlir, lakin heç nə eləyə bilmirlər. Deyirlər bunların dalında duranlar lap yuxarıda oturur...”.

Linkə bax