Yalta qalmaqalına ssenari müəllifi Hüseynbala Mirələmovdan – reaksiya

yalta-qalmaqalina-ssenari-muellifi-huseynbala-mirelemovdan-reaksiya
Oxunma sayı: 665





“Mən həmin teatrda Azərbaycanı təmsil edən “Xəcalət” əsərinin müəllifi kimi tamaşanı öz həyat yoldaşımla birlikdə salondan izləmişəm. Açığını deyim ki, Nürəddin Mehdixanlının səhndə içkli olmasını hiss eləməmişəm. Həm Nürəddin Mehdixanlı, həm də dgər aktyorlar möhtəşəm sənət nümayiş etdirdilər. Elə bunun nəticəsi idi ki, tamaşa yüksək Qran Pri mükafatına layiq görüldü. Tamaşanın sonunda səhnəyə Azərbaycan bayrağı gətirilıdi və ayaq üstdə gurultulu alqışlar səsləndirdilər”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Yaltada “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında Azərbaycanı təmsil edən “Xəcalət” tamaşasının ssenari müəllifi Hüseynbala Mirələmov baş rolun ifaçısı Nürəddin Mehdixanlının səhnəyə içkili vəziyyətdə çıxması ilə bağlı yaranmış qalmaqala münasibətini açıqlayarkən bildirib. Ssenari füəllifi yaranmış vəziyyətlə bağlı hər iki tərəfə müraciət edərək qarşılıqlı ittihamlardan çəkinməyə, bir-birinə hörmətlə yanaşmağa, qazanılmış uğur haqqında düşünməyə çağırıb.

Onun sözlərinə görə, sözügedən festivalda oynanılan tamaşanın uğur qazanmasında AzDramanın dirtektoru İsrafil İsrafilov başda olmaqla teatrın bütün kollektivinin, o cümlədən aktyorların və resjissorun böyük zəhmətləri olub: “Həm bizim dəyərli dostumuz İsrafil müəllim, həm də xalq artisti Nürəddin Mehdixanlını qarşılıqlı ittihamlardan çəkinməyə çağırıram. Mən məsələ ilə maraqlanmışam. Düşünürəm ki, ortada bir anlaşılmazlıq var. Və bu kiçik anlaşılmazlığı şişirdərək qazanılmış uğuru kölgəyə salmağın tərəfdarı deyiləm. İnanın ki, mən bu qarşılıqlı itihamları eşidəndə gözümün qabağına Yalta teatrının binası önündə bundan sonra bir il dalğalanacaq Azərbaycan bayrağı gəlir. Və bu fonda bütün söz-söhbətlər mənasız görünür. Bir daha hər iki tərfin, mənim əziz dostlarımın incikliyi bir kənara buraxıb yaradıcılıq işləri ilə məşğul olmalarını istəyərdim. Onlar doğrudan da zəhmətkeş və fədakar insanlardır. Bu məsələ onların daxili işləri də sayıla bilər və qarışmamaq olar. Ancaq kənardan belə böyük adamların bir-birlərini bu şəklildə ittiham etmələri yaxşı görünmür və düşmən sevinə bilər. Bir də axı orada uğursuzluğa düçar olsaydıq, nəsə danışmaq olardı. Söhbət möhtəşəm bir uğurdan gedirsə, gərək biz hamımız ancaq bütün giley-güzarı bir kənara qoyaraq yalnız Azərbaycanımızn uğuruna sevinək”.

Qeyd edək ki, A. P. Çexov adına Yalta teatrında baş tutan festival sentyabrın 15-i başlayıb və “Teatr. Çexov. Yalta” – 2011 devizi altında keçirilib. Azərbaycan Akademik Milli Dram Teatrı festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pryesini təqdim edib. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov olub. Tamaşada Nurəddin Mehdixanlı, Ramiz Novruz, Mətanət Atakişiyeva və başqa aktyorlar rol alıblar. Beynəlxalq festivalda müxtəlif ölkələrdən on bir teatr kollektivi də qatılıb.

Azərbaycanı təmsil edən tamaşa festivalda yüksək maraqla qarşılanıb və ali mükafata layiq görülüb.