Yanacaqdoldurma məntəqəsində dəhşətli yanğın - Fotolar, Video

yanacaqdoldurma-menteqesinde-dehsetli-yangin-fotolar-video
Oxunma sayı: 761

Hazırda Masallıda yanacaq doldurma məntəsi yanır. “Qafqazinfo”ya daxil olan məlumata görə, Masallının ən böyük yanacaqdoldurma məntəqələrindən biri olan Doğuş Petrol da yanğın başlayıb. Yanğının rayonun mərkəzində, Seybətin dairəsinin yaxınlığında baş verdiyi bildirilir.

***
Yanacaqdoldurma məntəqəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən sündürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.

***
Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, hadisə Masallı rayonu, Seybətin kəndində “Doğuş Petrol” MMC-yə məxsus yanacaqdoldurma stansiyasının ərazisində qeydə alınıb. “KamAZ” markalı yanacaq daşıyan avtomobil içərisində olan, təxminən 32 ton yanacağı (A-92 markalı benzin) yeraltı çənə boşaldan zaman yanğın meydana gəlib. Nəticədə 4 ton yanacaq yanıb, xəsarət alan olmayıb. Yanacağın qalan hissəsi və stansiyanın ərazisində olan yeraltı yanacaq çənləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.