YAP-ın qabağında kütləvi əlbəyaxa - Video

yap-in-qabaginda-kutlevi-elbeyaxa-video
Oxunma sayı: 636




Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) yerləşdiyi qərargahın yaxınlığında kütləvi əlbəyaxa olub. Hadisə YAP-ın qərargahının qarşısındakı Sahil Parkında qeydə alınıb. Davanın şahidləri hadisəni lentə alaraq “Qafqazinfo”ya təqdim ediblər. Təxminən onadək gəncin əlbəyaxa davasının əks olunduğu bu video materialı oxuculara təqdim edirik.

Maraqlıdır ki, paytaxtın ən qaynar nöqtələrindən biri olan Sahil Parkında həmin vaxt heç bir polis gözə dəymir və hadisəyə iki süpürgəçi müdaxilə edir. Lakin bir-birlərinə ağır zərbələr endirən gənclərə heç kim mane ola bilmir.

Qeyd edək ki, hadisə avqustun 8-də baş verib.