YAP müsabiqə elan etdi

yap-musabiqe-elan-etdi-
Oxunma sayı: 656

Partiyanın mətbuat xidmətindən “Qafqazino”ya verilən məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər.
Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir.

Müsabiqənin qalibləri aşağıdakı formada mükafatlandırılacaq.
I yer - 1 nəfər 1500 manat
II yer - 1 nəfər 1000 manat
III yer - 1 nəfər 500 manat
Həvəsləndrici mükafat - 3 nəfər 300 manat

Qaliblərə həmçinin, Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcək.
Müsabiqəyə təqdim olunan bütün yazılar «Yeni Azərbaycan», «İki sahil» və «Səs» qəzetlərində dərc olunacaq.

Müsabiqənin şərtlərinə dair ətraflı məlumat adları çəkilən qəzetlərin 03 sentyabr tarixli sayında dərc olunacaq.