YAP üçün tikilən binada faciə - Yenilənib

yap-ucun-tikilen-binada-facie-yenilenib
Oxunma sayı: 648

“Qafqazinfo” Müstəqil İnformasiya Agentliyinə istinadən xəbər verir ki, rayonda Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı üçün tikilən yeni binasında iş vaxtı bədbəxt hadisə yaşanıb.

Məlumata görə, Davud adlı işçi binanın ikinci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan fəhləni Bakıya gətirmək istəsələr də, o, Ucar yolunda dünyasını dəyişib. Onun meyiti Zərdaba qaytarılıb.


Zərdabın icra başçısı Lütvəli Babayev “Qafqazinfo”ya açıqlamasında həqiqətən də belə bir hadisənin baş verdiyini təsdiqləyib: “Dünyasını dəyişən şəxs YAP-ın rayon təşkilatının fəallarındandır və binanın tikintisində könüllülük əsasında işləyib. Sadəcə olaraq tikinti zamanı ayağının altından taxta qaçıb və yıxılaraq ağır xəsarət alıb. Təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb”.

İcra başçısı əlavə edib ki, hazırda rayonun bütün ictimaiyyəti mərhumun dəfn mərasiminə hazırlaşır. Ailəsinə baş sağlığı veririk və hər zaman diqqətimizdə olacaqlarını nəzərlərinə çatdırırıq.