“Yaxşı Cazibə” “Torqovı”da

yaxsi-cazibe-torqovida
Oxunma sayı: 1106

"Yahşı Cazibe"nin Azərbaycanda çəkiləcək bölümünün çəkilişləri bu gün və sabah baş tutacaq. Çəkilişlərin Bakıda Dənizkənarı Milli Parkda da aparılması nəzərdə tutulur. Serialın Bakıda lentə alınan bölümündə "Eurovision 2011"in qalibi Nigar Camal da rol alacaq. O, bu seriyada Cazibənin Bakıdakı rəfiqəsi obrazını canlandıracaq. "Yahşi Cazibe"nin Azərbaycanda çəkiləcək seriyasında Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq.

Azərbaycana gələn 20 nəfərlik heyətdə "Yahşi Cazibe" serialının ssenari müəllifi Gani Müjde, rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslıhan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) da var.

Qeyd edək ki, yaradıcı heyət, eləcə də Məlahət Abbasova sabah İctimai Televiziyanın "Səhər" proqramında qonaq olacaqlar. Bu gün axşam isə "Yahşi Cazibe" Azərbaycanın media mənsubları ilə görüşmək niyyətindədir. Yaradıcı qrup çəkilişlərdən dərhal sonra Türkiyəyə qayıdacaq.