Yazıçılar Birliyinin qarşısında körpəli aclıq aksiyası – Etiraz

yazicilar-birliyinin-qarsisinda-korpeli-acliq-aksiyasi-etiraz-
Oxunma sayı: 660

Həyat yoldaşı və üç övladı ilə yaşadığını deyən şair bildirib ki, bu aksiyanı keçirməklə o, haqqını tələb edir: “Burada elələri var ki, 3-4 yerdən maaş alırlar. Yaradıcılığa aidiyyatı olmayanlar 3-5 katibə saxlayırlar. Amma, mənim nə evim var, nə də maddi gəlirim”.

AYB üzvü onu da vurğulayıb ki, ölkə prezidentinin Yazıçılar Birliyi üçün ayırdığı vəsaitdən də ona heç nə verilməyib: “Prezident Yazıçılar Birliyinə yardım göstərdi , amma onu da özlərinin seçdikləri yazıçılara verdilər, bizə heç nə düşmədi”.

Şaiq Vəli böyük oğlunun da müharibədə şəhid olduğunu, amma ona şəhid adı verilmədiyindən də şikayətləndi: “Oğlum hamı kimi əsgər gedib, müharibədə şəhid olub, amma deyirlər ki, şəhid deyil. Oğlumu müharibədə öldürdülər, bunları da acından öldürmək istəyirlər?”

Aclıq aksiyası keçirən şairin şeirlərindən birini oxuculara təqdim edirik.

Bir ulu eşq ilə

Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.

Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.

Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan hala gəldim.

O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gildim.

Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.

Fatimə