Yodsuz duza qarşı aksiya başlayır

yodsuz-duza-qarsi-aksiya-baslayir
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, aksiyanın başlaması ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərsun Holdinqin İctimaiyyətlə əlaqələr və sosial xidmət şöbəsinin müdiri Afiq Səfərov deyib ki, aksiyanın məqsədi istehlakçıların yodlaşdırılmamış duzdan istifadəsinin qarşısını almaqdır: “Ölkədə yodsuz duzun satışı, idxalı qadağan olunsa da, hələ də duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablarda qablaşdırılmış duzların satışına rast gəlirik. Əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, mənşəyi bəlli olmayan təhlükəli duzlardan istifadə olunur”.

“Bu məsələdə ictimai maarifləndirmənin zəruriliyini nəzərə alaraq müxtəli səpkili maarifləndirmə işlərinin həyata keçirilməsinə başlayacağıq” deyən, Milli QHT Forumunun layihə rəhbəri Ülvi Kazımov əlavə edib ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək aksiya Bakı və Bakı ətrafı qəsəbələri, səhiyyə və təhsil ocaqlarını əhatə edəcək.

“Azərduz”un marka rəhbəri Coşqun Heydərov isə bildirib ki, dövlətin dəstəyilə Azərsun Holdinq tərəfindən inşa olunan Masazır Duz Zavodu ölkənin duza olan tələbatının ödənilməsi məqsədilə istehsal potensialını artırıb: “Hazırda zavodun istehsalı olan və yüksək texnologiya ilə istehsal olunan yodlu “Azərduz” markası ölkənin bütün satış nöqtələrində istehlakçılara təklif olunur. Yaxın günlərdə yeni tərkibli duzlarımız da satışa çıxarılacaq”.

Sonda tədbir iştirakçıları əhalini bir daha duz alarkən diqqətli olmağa, mənşəyi bəlli olmayan duzları satmaqdan çəkinməyə çağırıblar.


Nigar Məmmədli