Yunanlar almanları əsəbləşdirdi

yunanlar-almanlari-eseblesdirdi-
Oxunma sayı: 658

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 14-cü oyun günündə də bir qarşılaşma baş tutub.

1/4 final mərhələsinin ikinci oyununda Almaniya və Yunanıstan üz-üzə gəlib. Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan almanlarla yenidən sürprizə imza atmaq istəyən yunanların görüşü maraqla gözlənilirdi. Çünki qalib gələn komanda qitə birinciliyinin ikinci yarımfinalçısı adını qazanacaqdı.

Qrupdan sürpriz şəkildə çıxan yunanların "alman maşını" qarşısında nəsə edəcəyi o qədər də inandırıcı görünmürdü. Elə də oldu. Almanlar rəqibi üzərində inamlı qələbə sayəsində növbəti yarımfinalçı oldular.

Maraq üçün xatırladaq ki, qrup mərhələsində B qrupunda yer alan Almaniya Portuqaliyaya 1:0, Hollandiya və Danimarkaya 2:1 hesabıyla qalib gələrək, pley-offa lider kimi yüksəlmişdi. Yunanıstan isə Çexiyaya 1:2 uduzmuş, Polşa ilə 1:1 hesablı sülhə razılaşmış, Rusiyanı 1:0 məğlub etmişdi.

AÇ-2012
1/4 final
22 iyun

ALMANİYA – YUNANISTAN - 4:2 (1:0)
Qollar: Lam, 39 (1:0), Samaras, 55 (1:1), Xedira, 61 (2:1), Kloze, 68 (3:1), Roys, 74 (4:1), Salpingidis, 89-pen (4:2).
Polşa. Qdansk. “PGE Arena”
Baş hakim: Damir Skomina (Sloveniya)

ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Boatenq, Xedira, Şvaynştayger, M.Özil, Şürle (T.Müller, 68), Roys (Qotse, 80), Kloze (Qomes, 80).
YUNANISTAN: Sifakis, Maniatis, Tsavellas (Fotakis, 46), K.Papadopulos, Torosidis, Papastatopulos, Makos (Liberopulos, 72), Ninis (Gekas, 46), Katsuranis (k), Samaras, Salpingidis.